Nüvə təhlükəsi ilə əlaqədar əhalinin məlumatlandırılma qaydası təsdiqlənib
"Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması Qaydası" təsdiq edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.








