Mənzil toxunulmazlığının pozulmasına görə məsuliyyət... HÜQUQ MƏSLƏHƏTİ
Sual: Mənzildə yaşayan şəxsin iradəsinə zidd olaraq mənzilə daxil olma hansı məsuliyyətə səbəb olur?
Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157-ci maddəsinə əsasən, qanuni əsas olmadan mənzildə yaşayan şəxsin iradəsi ziddinə mənzilə daxil olan şəxs 1000–2000 manat cərimə, 240–480 saat ictimai işlər və ya 1 ilədək islah işləri ilə cəzalandırıla bilər.
Əgər bu əməl zor tətbiq etməklə və ya zor hədəsi ilə törədilərsə, 2 ilədək islah işləri, 1 ilədək azadlığın məhdudlaşdırılması və ya 1 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.
Əməl vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə 3 ilədək müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sualı cavablandırdı: Babək rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri - Camal Sadiqov








