Ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunurmu? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunurmu?
Cavab: Pozulmuş hüquqların müdafiəsi üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən olunmuş xüsusi müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə ümumilikdə iddia müddəti şamil olunmur.
İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmələr Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş qaydaları rəhbər tutur.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov.








