Yetkinlik yaşına çatmayanlara hansı tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Yetkinlik yaşına çatmayanlara hansı tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər?
Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi-nə əsasən, ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etmiş yetkinlik yaşına çatmayan şəxs barəsində islah olunması mümkün hesab edilərsə, cinayət məsuliyyətindən azad edilərək aşağıdakı tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq oluna bilər:
Xəbərdarlıq;
Valideynlərin və ya onları əvəz edən şəxslərin, yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək;
Vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək;
Asudə vaxtın məhdudlaşdırılması və davranışla bağlı xüsusi tələblərin müəyyən edilməsi.
Əgər yetkinlik yaşına çatmayan şəxs bu tədbirləri mütəmadi olaraq yerinə yetirməzsə, tədbirlər ləğv edilir və materiallar onun cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə göndərilir.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov








