İşgüzar səfər məqsədi ilə verilən giriş vizası nədir? -

İşgüzar səfər məqsədi ilə verilən giriş vizası nədir? - HÜQUQ MƏSLƏHƏTİ

27 Fevral 2026

Sual: İşgüzar səfər məqsədi ilə verilən giriş vizası nədir?

Cavab: İşgüzar səfər vizası Azərbaycan Respublikasında işgüzar əlaqələr və ya əməkdaşlıq qurmaq üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslərin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin, Ələt azad iqtisadi zonasında fəaliyyət üçün isə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun, inzibati müəssisələrinin və ya hüquqi şəxslərinin vəsatəti əsasında və ya Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmanı təsdiq edən sənədlə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə yüksəkixtisaslı miqrantlara verilir.

İşgüzar səfər vizasında ölkədə qalma müddəti 180 günədək müəyyən edilir.

İşgüzar səfər vizasının rəsmiləşdirilməsi üçün Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov