15 yaşdan aşağı şəxslə əmək müqaviləsi bağlamağın cəzası varmı? -

15 yaşdan aşağı şəxslə əmək müqaviləsi bağlamağın cəzası varmı? - HÜQUQ MƏSLƏHƏTİ

23 Fevral 2026

Sual: 15 yaşına çatmamış şəxslə əmək müqaviləsi bağlayan işəgötürənin inzibati məsuliyyəti varmı?

Cavab: Əmək müqaviləsi yalnız on beş yaşına çatmış fiziki şəxslərlə bağlana bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır. Belə müqaviləni bağlayan işəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov