Yola çıxan heyvanın vurulmasına görə ziyanı kim ödəyir? -

Yola çıxan heyvanın vurulmasına görə ziyanı kim ödəyir? - HÜQUQ MƏSLƏHƏTİ

23 Fevral 2026

Sual: Günün qaranlıq vaxtında, avtomobillə kənd yolunda hərəkət edərkən yol hərəkəti qaydalarına riayət etdiyim halda yola çıxan iri buynuzlu heyvanı vurmuşam. Avtomobilimə dəymiş ziyanı kim ödəməlidir?

Cavab: Dəymiş zərərin əvəzini heyvanın sahibi ödəməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olub-olmamasının, itdiyinin və ya qaçmasının hüquqi əhəmiyyəti yoxdur.

Lakin heyvan sahibi üçüncü şəxslərin təhlükəsizliyi üçün zəruri tədbirlər gördüyünü sübut edərsə, zərərin ödənilməsi öhdəliyi tətbiq olunmaya bilər.

Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas - Heydər İbrahimli