Əmək Məcəlləsində yeni anlayış – “ailə vəzifələri olan işçi” kimdir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Əmək Məcəlləsinə əlavə edilən “ailə vəzifələri olan işçi” anlayışı nəyi ifadə edir?
Cavab: 16 yanvar 2026-cı il tarixdə Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, tibbi rəyə görə qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvlərinə – ərinə (arvadına), valideynlərinə, övladlığa götürənlərə, uşaqlarına (o cümlədən övladlığa götürülmüş uşaqlara), habelə qəyyumluğunda və ya himayəsində olan şəxslərə qulluq göstərməsi səbəbindən əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək və ya işdə irəli çəkilmək imkanları məhdudlaşan işçi “ailə vəzifələri olan işçi” hesab olunur.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








