Cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi mümkündürmü? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi hansı hallarda tətbiq oluna bilər?
Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası çəkən şəxsin davranışı nəzərə alınaraq, məhkəmə cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər.
Bu zaman şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.
Cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi cəza müddətinin ən azı üçdə bir hissəsi çəkildikdən sonra mümkündür. Məhkəmə Cinayət Məcəlləsində nəzərdə tutulmuş daha yüngül cəza növlərindən istənilən birini, qanunla müəyyən edilmiş hədlər çərçivəsində seçə bilər.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov








