Haxverdi Həsənov ölkə çempionatının mükafatçısı olub -

Haxverdi Həsənov ölkə çempionatının mükafatçısı olub - FOTO

16 Fevral 2026

Bakı şəhərində Boks üzrə gənclər (U19) arasında  Azərbaycan çempionatı keçirilib. 9-15 fevral tarixlərini əhatə edən yarışda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 60 komandanın 276 boksçusu qatılıb.

Mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən,  Naxçıvan Muxtar Respublikası çempionatda baş məşqçi Elnur Kərimli, köməkçi məşqçi Seymur Hüseynov və 7 idmançı təmsil olunub.

Komandanın idmançılarından Haxverdi Həsənov 65 kq çəki dərəcəsində mükafatçılar sırasına düşüb. Keçirdiyi 5 görüşdən 3-də qələbə qazanan boksçu bürünc medala layiq görülüb. İdmançı həmçinin gənclərdən ibarət milli komandanın heyətinə daxil edilib.