Lamiyə Vəliyeva yeni ölkə rekordu müəyyənləşdirib
Azərbaycan atleti Lamiyə Vəliyeva ölkə rekorduna imza atıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Atletika Federasiyasından məlumat verilib.
İdmançı 42-ci Azərbaycan çempionatında (qapalı məkanda) 200 metr məsafəyə qaçışda 24.64 saniyə ilə buna nail olub.








