Naxçıvan atletləri ölkə birinciliyində yüksək nəticə göstəriblər -

Naxçıvan atletləri ölkə birinciliyində yüksək nəticə göstəriblər - FOTO

08 Fevral 2026

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə qapalı məkanda atletika üzrə Azərbaycan çempionatına start verilib. Bakı Atletika Mərkəzində keçirilən ölkə birinciliyində Bakı, Gəncə, Bərdə, İsmayıllı, Gədəbəy, Xızı və Ordubadı təmsil edən 160-a yaxın atlet mübarizə aparıb.

Mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasını yarışda “Ordubad” komandasının üzvləri Əmrah Nağıyev, Namiq Babayev və Emin Abbasov təmsil ediblər. Təmsilçilərimiz yarışın yekununda 1 qızıl və 2 gümüş medal qazanıblar.

Əmrah Nağıyev 3000 metr məsafəyə qaçışda bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatıb və 9:42.45 nəticə ilə qızıl medala layiq görülüb. Namiq Babayev isə 800 və 1500 metr məsafələrdə gümüş medal əldə edib. O, eyni zamanda 800 metr məsafədə 1:59.02 nəticə göstərərək 18 yaşadək idmançılar arasında qapalı məkanda ölkə rekordunu yeniləyib.