Azərbaycanda nağdsız əmlak alışları üzrə ötən ay 3 mln manatdan çox ƏDV qaytarılıb
Bu ilin yanvar ayında Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 3 milyon 376 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam etdirilib.








