Azərbaycan ötən il dövlət istiqrazları üzrə ödənişlərinin məbləğini açıqlayıb
2025-ci ildə Azərbaycanın dövlət istiqrazları üzrə ümumilikdə 5 milyard 76,6 milyon manat borc qaytarılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, il ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən dövlət istiqrazları üzrə faiz və diskont ödənişlərinin yerinə yetirilməsinə 607 milyon manat vəsait istifadə edilib.
Təkrar maliyyələşdirmə risklərinin azaldılması, dövlət istiqrazları üzrə orta ödəmə müddətinin uzadılması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində dövriyyə müddəti 3 ilə qədər olan dövlət istiqrazları vaxtından əvvəl geri alınaraq daha uzunmüddəti dövlət istiqrazları ilə əvəz edilib.
Eyni zamanda, həyata keçirilən tədbirlər nəticəsində dövlət istiqrazları üzrə faiz xəcləri azaldılıb.








