Azərbaycanda yeni yaradılan hər iki milli parkda ova icazə veriləcək

Azərbaycanda yeni yaradılan hər iki milli parkda ova icazə veriləcək

06 Fevral 2026

Azərbaycanda yeni yaradılan iki milli parkda ova icazə veriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə "Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı haqqında" və "Azərbaycan Respublikasının İlisu Milli Parkı haqqında" əsasnamələrdə qeyd olunub.

Əsasnamələrə əsasən, Axar-Baxar və İlisu milli parklarında turizm və rekreasiya zonalarında turizm və rekreasiya məqsədləri üçün təbiətdən istifadənin ayrı-ayrı növlərinə (ov, balıq və digər su bioresurslarının idman və həvəskar ovu və s.) yol verilir.