Naxçıvanda hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir

Naxçıvanda hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir

06 Fevral 2026

Naxçıvan Muxtar Respublikası ərazisində fevralın 7-si axşam saatlarından fevralın 9-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, proqnozlara əsasən, əsasən dağlıq ərazilərdə fasilələrlə yağıntı, qar yağacağı, bəzi yerlərdə isə arabir duman müşahidə olunacaq. Qərb küləyi 5–10 m/s sürətlə əsəcək, ayrı-ayrı ərazilərdə küləyin arabir güclənəcəyi ehtimal edilir.

Havanın temperaturu gündüz saatlarında 3–8 dərəcə isti, axşam və gecə saatlarında isə 1–6 dərəcə şaxta təşkil edəcək.

Qeyd edək ki, göstərilən hava proqnozunun özünü doğrultma ehtimalı təxminən 50 faizdir.