İki Milli Parkı haqqında Əsasnamə təsdiqlənib -

İki Milli Parkı haqqında Əsasnamə təsdiqlənib - FƏRMAN

06 Fevral 2026

"Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı haqqında Əsasnamə" təsdiq edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanla, həmçinin "Azərbaycan Respublikasının İlisu Milli Parkı haqqında Əsasnamə" təsdiq edilib.

Nazirlər Kabineti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.