XXV Qış Olimpiya Oyunlarında bu gün bir neçə növ üzrə yarışlar keçiriləcək
İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün bir neçə növ üzrə yarışlar keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, xizəklə tramplindən tullanma, fiqurlu konkisürmə, buz xizəyi, körlinq, dağ xizəyi və hokkey üzrə mübarizə baş tutacaq.
Təmsilçilərimizdən Vladimir Litvintsev fevralın 10-da Milan şəhərində fiqurlu konkisürmə üzrə qısa proqramla mübarizəyə start verəcək. Anastasiya Papatoma isə ayın 15-də nəhəng slalom, 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-dAmpetsoda keçiriləcək.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi bu gün baş tutacaq. Yarışa fevralın 22-də yekun vurulacaq.








