Azərbaycan çempionatında daha 5 çəki üzrə finalçılar müəyyənləşib
Yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatında daha 5 çəki üzrə finalçılar müəyyənləşib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Güləş Federasiyasından bildirilib.
İkinci yarış günündə yunan-Roma güləşi üzrə 60, 67, 77, 87, 130 kq-da mübarizəyə start verilib. 4 çəkidə finalçılar müəyyələşib.
87 kq-da isə görüşlər dairəvi sistem üzrə keçirilib. Bu çəkilərdə həlledici görüşlər sabah baş tutacaq.
60 kq
Maksut Cankurtaran (AHİTA) – Nihat Bəhmənov (UGİM-10)
67 kq
Roman Kərimov (DİN) – Murad Əliyev (AHİTA)
77 kq
Cavad Məmmədov (Neftçi) – Cavidan Nehmətov (AHİTA)
130 kq
Museyi Kazim Hüseyn (DİN) – Əli Bayramov (Sumqayıt-Təhsil)








