İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülhə verdiyi töhfəyə görə Donald Trampa təşəkkür edib

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülhə verdiyi töhfəyə görə Donald Trampa təşəkkür edib

04 Fevral 2026

Vaşinqtonda Sammitdən sonra, ABŞ Prezidenti Donald Tramp tərəfindən təşkil olunmuş görüşdən etibarən biz (Azərbaycan və Ermənistan – red.) artıq əməkdaşlığı qururuq və uzunmüddətli münaqişəyə son qoyuruq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı“nın təqdimolunma mərasimində bildirib.

“Mən, həmçinin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa Azərbaycanla Ermənistan arasında sülhə verdiyi töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm”, - deyə dövlətimizin başçısı əlavə edib.