Növbəti taxıl yüklü qatar Azərbaycandan tranzit keçməklə Ermənistana yola düşüb

Növbəti taxıl yüklü qatar Azərbaycandan tranzit keçməklə Ermənistana yola düşüb

04 Fevral 2026

Bu gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə ümumi çəkisi 560 ton olan 8 ədəd taxıl yüklü vaqon Ermənistan Respublikasına göndərilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 min 660 ton taxıl (bugünkü 560 ton da daxil olmaqla) göndərilib.