Naxçıvan karetçiləri beynəlxalq turnirdə ölkəmizi uğurla təmsil ediblər - FOTO
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Karate Federasiyasının dəstəyi, Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə Sərhədçi İdman Mərkəzində şəhidlərimizin əziz xatirəsinə olunmuş XI “Arpachay Open” beynəlxalq karate turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, 12 ölkədən 1200-ə yaxın idmançı mübarizə apardığı yarışda Naxçıvanda fəaliyyət göstərən “Qapıçıq” və “Naxçıvan” karate klubarı 2 məşqçi və 15 idmançı təmsil olunublar. Yarışın yekun nəticələrinə əsasən, Naxçıvandan olan karateçilər ümumilikdə 4 qızıl, 2 gümüş və 4 bürünc medal olmaqla, ümumilikdə 10 medal qazanıblar.
“Qapıçıq” Karate Klubunun idmançılarından Məhəmməd Quluzadə (12 yaş, 55 kq) və Əli Rəhimov (8 yaş, 27 kq) çıxışını birinci yerlə tamamlayaraq qızıl medala sahib çıxıblar. Altay Əliyev (11 yaş, 40 kq) və Fuad Hüseynov (8 yaş, 30 kq) gümüş, Xədicə Bayramova (10–11 yaş, 38 kq), Adil Əliyev (9 yaş, 34 kq), İsa Abbasov (9 yaş, 27 kq) və Yusif Həsənli (7 yaş, 24 kq) isə bürünc medalla mükafatlandırılıblar.
“Naxçıvan” Karate Klubunun idmançılarından Fatimə Bağırzadə (10–11 yaş, +38 kq) və Sona Nəcəfbəyli (8–9 yaş, −30 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıblar. “Arpachay Open” turniri çərçivəsində uşaqlar arasında ölkədaxili yarış formatında keçirilən görüşlərdə də Naxçıvan Karate Klubunun idmançıları fərqləniblər. Belə ki, Fuad Sadiqov (10–11 yaş, −40 kq) birinci, Ruslan Fətullazadə (9 yaş, −40 kq) isə üçüncü yerin sahibi olub.














