Naxçıvanda IX siniflərin buraxılış imtahanının keçirilmə qrafiki açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafikini açıqlayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, rəsmi qrafikə əsasən, Naxçıvanda 9 illik buraxılış imtahanı 26 aprel tarixində keçiriləcək. İmtahan həmin gün ölkənin bir sıra digər şəhər və rayonlarını da əhatə edəcək.
Qeyd edək ki, imtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in rəsmi internet saytında yerləşdiriləcək.








