Məktəblilərin qış tətili başa çatdı

Məktəblilərin qış tətili başa çatdı

02 Fevral 2026

Beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili bu gün başa çatıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilib.

Qış tətili 5 gün davam edib və ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub.