Ötən il 72 mindən çox gənc işlə təmin edilib
Ötən il Azərbaycanda 72,6 min gənc münasib işlərlə təmin edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) məlumat yayıb.
Qeyd edilib ki, özünüməşğulluq proqramı gənclərin də kiçik sahibkarlığa çıxışında mühüm rola malikdir. Son bir ildə bu proqram çərçivəsində daha 2500 gəncə aktivlər verilməklə onlar üçün müxtəlif iqtisadi fəaliyyət sahələri üzrə kiçik bizneslər qurulub.
9500-dək gənc isə Agentliyin peşə hazırlığı kurslarına cəlb edilərək müasir əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnib.
Ötən il böyük əksəriyyəti gənclər olan 343 min şəxs peşəyönümlü xidmətlərlə əhatə olunub.








