Minimum əməkhaqqı ilə bağlı yeni qayda qəbul edilir

Minimum əməkhaqqı ilə bağlı yeni qayda qəbul edilir

02 Fevral 2026

Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.