Naxçıvan şəhərində yeni tələbə yataqxanası tikiləcək

Naxçıvan şəhərində yeni tələbə yataqxanası tikiləcək

30 Yanvar 2026

Naxçıvan Dövlət Universitetinin (NDU) nəzdində yeni tələbə yataqxanasının tikintisi nəzərdə tutulur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün keçirilən brifinqdə məlumat verib.

Rektor bildirib ki, 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılan yataqxana tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılmasına, xüsusilə regiondan və xarici ölkələrdən gələn tələbələrin sosial-məişət problemlərinin aradan qaldırılmasına xidmət edəcək.

Elbrus İsayev qeyd edib ki, son illərdə universitetdə tələbə kontingentinin əhəmiyyətli dərəcədə artması bu cür infrastruktur layihələrinin həyata keçirilməsini zəruri edib. Yeni yataqxana müasir tələblərə cavab verən şəraitlə təmin olunacaq.