Bu günə qədər bağlanan təhsil krediti müqavilələrinin sayı açıqlanıb
Təhsil Tələbə Krediti Fondu (TTKF) yaranandan (2021-ci ilin noyabr ayından) bu günə qədər imzalanan təhsi tələbə kredit (TTK) müqavilələrinin sayı açıqlanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, həmin müddətdə dövlət ali təhsil müəssisələrində 62 150, özəl təhsil müəssisələrində isə 16 923 kredit müqaviləsi bağlanılıb.
Ən böyük müqavilə sayı 54 689 kreditlə bakalavriat pilləsinə məxsusdur. Magistratura səviyyəsində 18 703, orta ixtisas təhsili üzrə 5 061, peşə təhsili üzrə isə 620 kredit müqaviləsi imzalanıb.









