Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma test imtahanının vaxtı açıqlanıb

Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma test imtahanının vaxtı açıqlanıb

01 Aprel 2026

Naxçıvanda keçiriləcək təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsinin test imtahanının vaxtı açıqlandı  

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvanda 2026-cı ilin may ayında keçiriləcək  təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsinin test imtahanın vaxtı açıqlandı.  

Qeyd edək ki, test imtahanı 2, 3, 10 və  11 may tarixlərində keçiriləcək. Test imtahanı  Naxçıvan Şəhər 4, 10, 11 nömrəli tam orta məktəblərdə və Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yaradılan İmtahan Mərkəzlərində təşkil olunacaq. Test imtahanı ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.