Paşinyan: Ermənistan-Azərbaycan sülh nizamlanması Rusiya ilə münasibətlərə də müsbət təsir göstərib

Paşinyan: Ermənistan-Azərbaycan sülh nizamlanması Rusiya ilə münasibətlərə də müsbət təsir göstərib

01 Aprel 2026

Ermənistanın Baş naziri Nikol Paşinyan Moskva ilə münasibətlərin İrəvan üçün vacib olduğunu bəyan edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, o bunu Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.

"Azərbaycanla sülh İrəvan-Moskva münasibətlərinə müsbət təsir göstərir", - Paşinyan vurğulayıb.

O, həmçinin Ermənistanın tezliklə Azərbaycan vasitəsilə Rusiyaya mal ixrac edəcəyinə ümidvar olduğunu bildirib.

"Azərbaycan ərazisindən dəmir yolu daşımaları Ermənistanla Rusiya arasında iqtisadi münasibətlərin inkişafına kömək edir", - Paşinyan qeyd edib.