Əraqçi: ABŞ ilə İran arasında danışıqlar aparılmır

Əraqçi: ABŞ ilə İran arasında danışıqlar aparılmır

31 Mart 2026

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ ilə ya birbaşa, ya da "regiondakı dostlar" vasitəsilə mesaj mübadiləsi aparılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat  verir ki, Əraqçi bunu "Al Jazeera"yə müsahibəsində deyib.

O qeyd eidb ki, bu, İranın Vaşinqtonla danışıqlar apardığı anlamına gəlmir.

"Mən əvvəlki kimi Uitkoffdan (ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv - red.) birbaşa mesajlar alıram və bu o demək deyil ki, biz danışıqlar aparırıq", - o deyib.

Qeyd edək ki, martın 30-da İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai 31 gün ərzində ABŞ ilə heç bir danışıqların aparılmadığını açıqlayıb.