Bayram günlərində zəhərlənənlərin sayı açıqlanıb
Bayram günləri ilə əlaqədar qeyri-iş günlərində (20-30 mart tarixlərində) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 31 müraciət daxil olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib
Qeyd olunub ki, müraciət edənlərdən 12-si dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 2-si fosfor üzvi birləşmələrdən, 3-ü anafilaktik şokdan, 3-ü allergik reaksiyadan, 9-u isə sirkə turşusundan zəhərlənən şəxslər olub.
Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.








