Xocavənd şəhərində daha 64 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB
Xocavəndə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb, sakinlərə açarlar təqdim olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu mərhələdə şəhərə 64 (253 nəfər), rayona isə ümumilikdə 201 ailənin (762 nəfər) daimi qayıdışı təmin edilib.








