Naxçıvanda bayram günlərində zəhərlənənlərin sayı açıqlanıb
Bayram günlərində Naxçıvan Muxtar Respublikasında (MR) zəhərlənmə halları qeydə alınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qeyd olunan dövrdə, ümumilikdə, 17 nəfər müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib.
Statistikaya əsasən zəhərlənmə hallarından 12-si qida zəhərlənməsi, 3-ü dərman maddələri ilə zəhərlənmə, 2-si isə alkoqol mənşəli zəhərlənmə olub.








