Naxçıvan Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda növbəti dəfə uğurla çıxış edib -

Naxçıvan Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda növbəti dəfə uğurla çıxış edib - FOTO

28 Mart 2026

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Akçaabat şəhərində keçirilən “13-cü Beynəlxalq Erol Günaydın Teatr Günləri” festivalında uğurla çıxış edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, eatr kollektivi görkəmli dramaturq Hüseyn Cavidin “Ana” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib. Səhnə işi festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tamaşanın nümayişi 27 mart – Dünya Teatr Gününə təsadüf edib. Bu münasibətlə Akçaabat Bələdiyyəsinin başçısı Osman Nuri Ekim teatr kollektivini təbrik edərək onlara xüsusi plaket təqdim edib.

Tədbir çərçivəsində teatrın direktor müavini Səməd Canbaxşiyev tərəfindən milli-mənəvi dəyərlərimizi əks etdirən Novruz atributları Akçaabat Bələdiyyəsinin rəhbərinə hədiyyə olunub.

Sonda tərəflər arasında xatirə fotosu çəkilib.