Ötən ay dövlət sərhədində 7,5 milyon manat məbləğində qaçaqmal tutulub
Mart ayı ərzində dövlət sərhədində ümumi dəyəri 7 milyon 573 min 290 manat məbləğində qaçaqmal tutulub.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 7 milyon 573 min 290 manat оlan qaçaqmal, о cümlədən RF valyutası, odlu silaha məxsus patronlar, dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülüb.








