Növbəti dörd ildə 21 yeni peşə təhsili mərkəzi tikiləcək
Növbəti dörd ildə 21 yeni peşə təhsili mərkəzi tikiləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilən infotur zamanı jurnalistlərə açıqlamasında deyib.
“2 peşə təhsil müəssisəsi isə əsaslı şəkildə təmir olunacaq. Bu, peşə təhsili üçün böyük transformasiya nöqtəsidir. Ümid edirik ki, 2030-cu ilədək ölkənin hər iqtisadi rayonunda azı 2 belə məktəb görəcəyik”, - nazir müavini vurğulayıb.








