İlham Əliyev: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq

İlham Əliyev: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq

04 Fevral 2026

Bu aylar ərzində (Vaşinqton Sammitindən ötən müddətdə - red.) biz öz münasibətlərimizin inkişafına töhfə verdik. Biz nəinki Azərbaycan ərazisindən Ermənistana nəqliyyat və daşımalarla bağlı məhdudiyyətləri aradan qaldırdıq, eyni zamanda, digər sahələrdə işbirliyini genişləndirdik.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına əsasən, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində bildirib.

"Bu altı ay ərzində biz əməkdaşlığa başladıq. Hazırda biz ticari münasibətlərimizi artırırıq və ermənistanlı həmkarımla görüşümüz zamanı irəliyə doğru necə getməli olduğumuzu müzakirə etdik", - deyə dövlət başçısı vurğulayıb.