Şərurun dağlıq ərazisində çöl heyvanları üçün biotexniki tədbir keçirilib -

Şərurun dağlıq ərazisində çöl heyvanları üçün biotexniki tədbir keçirilib - FOTO

04 Fevral 2026

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şərur rayonunun dağlıq ərazisində çöl heyvanlarının qida maddələrinə olan təlabatının qismən ödənilməsi məqsədilə biotexniki tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir çərçivəsində çöl heyvanlarının sıx məskunlaşdığı, eyni zamanda qalın qar örtüyünün müşahidə olunduğu "Billava" adlanan əraziyə 30 kip qaba yem və 150 kiloqram daşduz dağıdılıb.

Nazirlik tərəfindən fauna ehtiyatlarının mühafizəsi və artırılması məqsədilə keçirilən biotexniki tədbirlərin zərurət yarandığı digər ərazilərdə də davam etdirilməsi nəzərdə tutulur.