Məhkəmədən kənar torpaq mübahisələrinə baxılması dedikdə nə başa düşülür? -

Məhkəmədən kənar torpaq mübahisələrinə baxılması dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ

06 Fevral 2026

Sual: Məhkəmədən kənar torpaq mübahisələrinə baxılması dedikdə nə başa düşülür?

Cavab: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 106-cı maddəsinə əsasən:

1. Torpaq üzrə mübahisələrə tərəflərdən birinin ərazisinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə ərizənin daxil olduğu gündən etibarən bir ay müddətinədək baxır.

2. Torpaq mübahisələrinə maraqlı tərəflərin iştirakı ilə baxılır. Məsələnin həllində ilk dəfə tərəflərin biri iştirak etmədikdə və məsələyə baxılmasına dair onun rəsmi razılığı olmadıqda, işə baxılması təxirə salınır.

3. Tərəflərin birinin üzürlü səbəb olmadan ikinci dəfə baxışa gəlməməsi torpaq mübahisələrinə baxılmasını və bu məsələ üzrə qərar qəbul edilməsini dayandırmır.

4. Torpaq mübahisələrinə baxan orqanın qərarında onun yerinə yetirilməsi qaydaları və pozulmuş hüquqların bərpası üzrə tədbirlər nəzərdə tutulur.

5. Qərar qəbul edildiyi andan ən geci 5 gün keçənədək tərəflərə verilir.

Sualı cavablandırdı: Şahbuz  rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas - Yaqub Salamzadə