Nikahın pozulması haqqında iddia iddiaçının yaşadığı yerə görə verilə bilərmi? -

Nikahın pozulması haqqında iddia iddiaçının yaşadığı yerə görə verilə bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ

05 Fevral 2026

Sual: Nikahın pozulması haqqında iddia iddiaçının yaşadığı yerə görə verilə bilərmi?

Cavab: Bəli. İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməkdə çətinlik çəkdikdə, nikahın pozulması haqqında iddia iddiaçının yaşadığı yer üzrə məhkəməyə verilə bilər.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov