Operativ nəqliyyat vasitələrinə yol verməməyə görə cərimə... HÜQUQ MƏSLƏHƏTİ
Sual: Operativ nəqliyyat vasitələrinə (təcili yardım, yanğınsöndürən və s.) yol verməməyin cəriməsi nə qədərdir?
Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən, xüsusi səs və qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə, eləcə də belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə 100 manat məbləğində cərimə tətbiq olunur. Yol verilməməsi dedikdə, sürücünün hərəkəti davam etdirməsi, yenidən hərəkətə başlaması və ya manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişməyə məcbur qalması başa düşülür.
Sualı cavablandırdı: Babək rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri - Camal Sadiqov








