Əməyin mühafizəsi üzrə işçilərin vəzifələri nələrdir? -

Əməyin mühafizəsi üzrə işçilərin vəzifələri nələrdir? - HÜQUQ MƏSLƏHƏTİ

02 Fevral 2026

Sual: Əməyin mühafizəsi üzrə işçilərin vəzifəsinə nələr daxildir?

Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işçilər əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənməli və onlara əməl etməli; işini özünü və başqalarını təhlükəyə atmadan icra etməli; icazəsiz təhlükəli qurğularda işləməməli; verilmiş xüsusi geyim və mühafizə vasitələrindən istifadə etməli; əməyin mühafizəsi qaydalarının pozuntuları, qəzalar və bədbəxt hadisələr barədə dərhal məlumat verməli; biliklərini mütəmadi artırmalı; bu sahədə işəgötürənin və rəhbərliyin tapşırıq və tövsiyələrinə əməl etməlidir.

Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov