İçməli su ilə bağlı tələblərin pozulmasına görə məsuliyyət...

İçməli su ilə bağlı tələblərin pozulmasına görə məsuliyyət... HÜQUQ MƏSLƏHƏTİ

30 Yanvar 2026

Sual: İçməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitar mühafizə zonalarının tələblərinin və içməli suyun keyfiyyətinə dair tələblərin pozulması hansı məsuliyyətə səbəb olur?

Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 265-ci maddəsinə əsasən, sanitar mühafizə zonalarının tələblərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 200 manatdan 300 manatadək, hüquqi şəxslər isə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Həmçinin, içməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməməsinə görə 300 manatdan 500 manatadək cərimə nəzərdə tutulur.

Sualı cavablandırdı: Şərur rayon prokurorunun böyük köməkçisi, I dərəcəli hüquşünas - Elvin Qulusoylu