Valideynin övladının telefonuna baxması qanunidirmi? -

Valideynin övladının telefonuna baxması qanunidirmi? - HÜQUQ MƏSLƏHƏTİ

01 Aprel 2026

Sual: Valideynin yetkinlik yaşına çatmayan uşağının telefonuna onun razılığı olmadan baxması şəxsi toxunulmazlıq hüququnun pozuntusu hesab olunurmu?

Cavab: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr 2025-ci il tarixli Qərarına əsasən, bir qayda olaraq, şəxsin razılığı olmadan onun gizli yazışmalarının (məsələn, "WhatsApp" mesajlarının) əldə edilməsi və izlənilməsi şəxsi toxunulmazlığın pozulmasıdır.

Lakin bu qayda valideyn-övlad münasibətlərində fərqli tətbiq olunur. Belə ki, valideynin yetkinlik yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti olmayan uşağının telefonuna onun razılığı olmadan baxması hüquq pozuntusu hesab edilmir. Bu, uşağın təhlükəsizliyinin təmin edilməsi və tərbiyə prosesinin tərkib hissəsi kimi qiymətləndirilir.

Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov