Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə hansı müddətə təyin edilə bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə hansı müddətə təyin edilə bilər?
Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər.
Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








