Cinayət anlayışı nədir? -

Cinayət anlayışı nədir? - HÜQUQ MƏSLƏHƏTİ

19 Mart 2026

Sual: Cinayət nədir?

Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) təqsirli şəkildə törədildikdə cinayət hesab olunur.

Bununla yanaşı, qanunda nəzərdə tutulmuş hər hansı əməlin əlamətləri formal olaraq mövcud olsa da, az əhəmiyyətli olduğuna görə ictimai təhlükə yaratmayan, yəni şəxsiyyətə, cəmiyyətə və ya dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi doğurmayan əməl cinayət sayılmır.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov