Gecə işinə kimlər cəlb edilə bilməz? -

Gecə işinə kimlər cəlb edilə bilməz? - HÜQUQ MƏSLƏHƏTİ

18 Mart 2026

Sual: Hansı işçilərin gecə vaxtı işə cəlb edilməsinə yol verilmir?

Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 98-ci maddəsinə əsasən, yaşı 18-dən az olan işçilərin gecə vaxtı işə cəlb edilməsinə yol verilmir.

Əlilliyi olan işçilər gecə işlərinə yalnız yazılı razılıqları ilə və müvafiq qurumun rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.

Hamilə qadınlar, 14 yaşınadək və ya əlilliyi olan uşağı olan qadınlar, eləcə də 3 yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə işlərinə yalnız öz yazılı razılığı ilə cəlb edilə bilərlər.

Növbəli iş rejimi zamanı işçilərin ailə və sosial vəziyyəti də mümkün olduqda nəzərə alınmalıdır.

Sualı cavablandırdı: Babək rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas - Nəriman Vəliyev