Vergi və sığorta haqlarını ödəməkdən yayınma cinayət məsuliyyəti yaradırmı? -

Vergi və sığorta haqlarını ödəməkdən yayınma cinayət məsuliyyəti yaradırmı? - HÜQUQ MƏSLƏHƏTİ

16 Mart 2026

Sual: Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət məsuliyyəti yaradırmı?

Cavab: Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət məsuliyyəti yaradır. Bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırıla bilər.

Eyni zamanda, şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri - Elməddin Bağırov