Saxta istifadəçi adlar, profil və ya hesablar dedikdə nə başa düşülür? -

Saxta istifadəçi adlar, profil və ya hesablar dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ

13 Mart 2026

Sual: Saxta istifadəçi adlar, profil və ya hesablar dedikdə nə başa düşülür?

Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.

Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov